| |
 |
17.05.2009
Azərbaycan premyer-liqasının 26-cı turunda "Bakılı" "İnter"i qəbul edib. Komandamız 1:5 hesabı ilə məğlub olub. "Bakılı"nın qoluna 53-cü dəqiqədə Hafiz Əliyev imza atıb. "İnter"dən isə Valter Quqlemon (40-cı dəqiqə), Xaqani Məmmədov (48-ci dəqiqə), Ruhid Usubov (57 və 87-ci dəqiqələr) və Bronislav Çervenko (64-cü dəqiqə) fərqlənib. "Bakılı"nın heyəti: T.Hüseynov, Ə.Niftəliyev (k), M.Qəmbərov, V.Əsgərov, M.Rəhimov (C.Adışirinov, 62), Ə.Hüseynov, H.Əliyev, S.Məmmədov, A.Öz, V.Əliyev (R.Əliyev, 57), S.Quliyev. |
 |
09.05.2009
Azərbaycan premyer-liqasının 25-ci turunda "Bakılı" səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olub. Meydan sahiblərinin qollarını 3-cü dəqiqədə Marian Aliuta, 45-ci və 60-cı dəqiqələrdə isə Adrian Neaqa vurub. "Bakılı" bu heyətlə çıxış edib: S.Bəydəmirov, V.Əsgərov, Ə.Niftəliyev (k), M.Qəmbərov, Q.İbrahimov (A.Öz, 73), S.Məmmədov, S.Quliyev, M.Rəhimov (R.Əliyev, 68), V.Əliyev (C.Adışirinov, 70), H.Əliyev, Ə.Hüseynov. |
 |
02.05.2009
Azərbaycan premyer-liqasının 24-cü turunda "Bakılı" MOİK-i qəbul edib. Komandamız 1:0 hesabı ilə qalib gəlib. "Bakılı"nın yeganə qoluna son dəqiqələrdə Vüqar Əsgərov imza atıb. Baş məşqçi Bəxtiyar Qulamovun güvəndiyi futbolçulara aşağıdakılardır: S.Bəydəmirov, V.Əsgərov, Ə.Niftəliyev (k), S.Məmmədov, P.Əliyev (A.Öz, 62), Q.İbrahimov, R.Əliyev, S.Quliyev, A.Bağırov, V.Əliyev, H.Əliyev (M.Rəhimov, 46). |
 |
29.04.2009
"Bakılı" MOİK-lə oyunun hazırlığını davam etdirir. Komandamız gündə bir dəfə Buzovna qəsəbəsindəki "Gənclik" stadionunda məşq keçir. Futbolçulardan Mikayıl Rəhimovla Müşfiq Qəmbərov məşqlərə qatılmır. Qəmbərov şəxsi işləri ilə əlaqədar, Rəhimov isə zədəli olduğu üçün hazırlıqdan kənar qalır. Mikayılın MOİK-lə oyunda meydana çıxacağı sual altındadır. Komandamızın aparıcı futbolçularından biri Əli Hüseynov isə cəzalı olduğundan, ordu klubuna qarşı forma geyinməyəcək. |
 |
28.04.2009
"Bakılı" MOİK-lə oyunun hazırlığına bu gün start verəcək. Futbolçularımız Buzovna qəsəbəsində yerləşən "Gənclik" stadionunda məşq keçəcəklər. Komanda növbəti məşqləri "Şəfa" stadionunun ehtiyat meydançasında keçirməyi planlaşdırır. "Bakılı" - MOİK oyunu mayın 2-si saat 17:00-da başlayacaq. |
 |
25.04.2009
Azərbaycan premyer-liqasının 23-cü turunda "Bakılı" Salyanda "Muğan"ın qonağı olub. Komandamız premyer-liqada yerini itirməmək üçün mübarizə apardığı əsas rəqiblərindən daha biri ilə oyunda məğlubiyyətə uğrayıb - 0:1. Meydan sahiblərinin qoluna 33-cü dəqiqədə Vladimir Taranu imza atıb. Baş məşqçi Bəxtiyar Qulamov bu futbolçulara şans vermişdi: T.Hüseynov, Ə.Niftəliyev (k), M.Qəmbərov, S.Məmmədov, Mikayıl Rəhimov, R.Əliyev, S.Quliyev (E.Qəmbərov, 61), A.Bağırov, Musa Rəhimov (A.Öz, 67), H.Əliyev (P.Əliyev, 74), Ə.Hüseynov. |
|